Fransanın şimal-qərbindəki Rouen və Evreux şəhərləri arasında naməlum şəxslər məhbusu daşıyan furqona hücum edərək 3 həbsxana əməkdaşını öldürüblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məhbus hadisə yerindən qaça bilib. Hücum edənlərdən biri yaralanıb.
Bəzi məlumatlara görə, hücum edənlər iki avtomobildə olub. Onlardan biri artıq müəyyənləşib.