Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Xarkov vilayətini qorumaq üçün iki Patriot sistemi istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
“ABŞ-dan mümkün qədər tez hərbi yardım almaq bizim üçün vacibdir. Bu gün Xarkov və Xarkov vilayəti üçün iki Patriot lazımdır” - deyə Zelenski bildirib.
Prezident Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin təcili ehtiyacına diqqət çəkib, çünki hava hücumundan müdafiə sistemləri və vasitələri müdafiə qüvvələri üçün ən böyük çatışmazlıqdır.