Qəzzada atəşkəs danışıqları dalana dirənib

12:10 - 14 May 2024 - DÜNYA

Qəzza zolağında atəşkəs danışıqları İsrailin Fələstin anklavının məcburi köçkünlərinin əksəriyyətinin sığındığı Rəfah əməliyyatına görə dalana dirənib.

Ucnoqta.az xəbər verir ki, bunu İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqlarda vasitəçi kimi çıxış edən Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib.

"Son bir neçə həftədə biz müəyyən təcil gördük, lakin danışıqlar prosesi təəssüf ki, düzgün istiqamətdə getmədi. Biz indi demək olar ki, tam çıxılmaz vəziyyətdəyik. Təbii ki, Rəfahla bağlı baş verənlər bizi yenidən geri saldı”, - baş nazir Dohada keçirilən Qətər İqtisadi Forumunda bildirib. 

Xəbər xətti