Generaldan 100 milyon tapılıb

11:30 - 14 May 2024 - DÜNYA

Axtarışlar zamanı general-leytenant Yuri Kuznetsovdan 100 milyon rubldan çox pul götürülüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, rüşvətlə bağlı cinayət işi üzrə axtarışlar zamanı general-leytenant Kuznetsovdan 100 milyon rubldan çox pul götürülüb.

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov həbs edilib. Ona qarşı xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) iş açılıb.

Bildirilir ki, 2021-2023-cü illərdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi olan Kuznetsov kommersiya strukturlarının nümayəndələrindən rüşvət alıb. Kuznetsovun evində axtarış zamanı onlar 100 milyon rubldan çox rubl və xarici valyuta, dəbdəbəli əşyalar, kolleksiya saatları və qızıl sikkələr tapıblar.

Xəbər xətti