Pakistanda qarşıdurmalarda ölənlərin sayı 4-ə çatıb

10:40 - 14 May 2024 - DÜNYA

Pakistanın Kəşmir zonasında polislə davam edən qarşıdurmalarda ölənlərin sayı 4-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

Rayonun inzibati mərkəzi Müzəffərabad şəhəri yaxınlığında polis xüsusi təyinatlılarının onların karvanına hücumuna cavab olaraq odlu silah və gözyaşardıcı qaz qumbaralarından istifadə etməsi nəticəsində son 24 saat ərzində 3 sakin həlak olub, 6 nəfər yaralanıb.

Yerli mətbuatın məlumatına görə, ötən həftə Pakistanın Kəşmirində hüquq-mühafizə orqanları ilə toqquşmalarda 1 nəfər ölüb, 90 nəfər yaralanıb.

Xəbər xətti