Yardımlıda avtomobildə 14 kiloqram marixuana aşkarlanıb

09:25 - 14 May 2024 - ÖLKƏ İÇİ

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov saxlanılıblar.

Onların olduğu "Opel" markalı avtomobildən 14 kiloqram marixuana aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdikləri və ölkə ərazisində deyiləcək yerlərə çatdırmağı planlaşdırdıqları müəyyən olunub. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti