Argentina prezidentinə butulka atan şəxsə hökm oxunub

06:26 - 14 May 2024 - DÜNYA

Məhkəmə Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimi günü ona butulka atdığı üçün Qaston Merkansinini 3,5 il həbs cəzasına məhkum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti yazıb.

Mercansini prezidentə və onun bacısı Karina Miliyə qarşı “sağlamlığa yüngül xəsarət yetirməyə cəhd”də ittiham olunub. 

Bu iş üzrə təqsirləndirilən şəxs 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Amma əvvəlki şərti cəzaya görə müddət 3,5 ilə qaldırılıb. Əvvəllər kişi uşaqlarının anasına hücum etməkdə təqsirli bilinib.

Dekabrın 10-da prezident konqresdən hökumət binasına kabrioletlə gedərkən məhkum Mayliyə şüşə butulka atıb. Şüşə təhlükəsizlik işçilərindən birinə dəyib.

Xəbər xətti