Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 277-yə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Nazirliyin məlumatına əsasən, məktəblərdə dərslərin bərpası yenidən təxirə salınacaq. Qarşıdan gələn həftə ölkənin əksər bölgələrində günəşli hava şəraiti hökm sürəcək, 37 əyalətdə leysan və tufan yağacaq.