İran və Hindistan saziş bağladı

16:45 - 13 May 2024 - DÜNYA

İran və Hindistan Çabahardakı Şəhid Beheşti limanının modernləşdirilməsi və istismarı üçün uzunmüddətli saziş imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş bildirib.

Bəzrpaş qeyd edib ki, Çabahar limanı vasitəsilə Hindistanın İranın avtomobil və dəmir yolu şəbəkəsi vasitəsilə Əfqanıstan, Mərkəzi Asiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Suriya və Rusiyaya çıxışı var.

O, Şimal-Cənub dəhlizinin inkişafı və digər tranzit layihələrinin nazirliyin gündəliyində olduğunu vurğulayıb. Nazir bildirib ki, İran-Hindistan birgə gəmiçilik təşkilatı yaradacaqlar.

Xəbər xətti