Avropa İttifaqı bir sıra kənd təsərrüfatı məhsullarının ixracının kəskin artması halında məhdudiyyətlərlə, Ukrayna mallarına idxal rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasını bir il müddətinə uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ukraynanın Avropa İttifaqına idxal rüsumlarının və ixracına kvotaların dayandırılması Aİ Şurasının bugünkü təsdiqindən və Avropa Parlamentinin aprelin 23-də qəbul etdiyi qərardan sonra 1 il müddətinə uzadılacaq.
Yumurta, toyuq, şəkər, yulaf, qarğıdalı, dənli bitkilər və balın idxalı 2021-ci il iyulun 1-dən 2023-cü il dekabrın 31-dək orta göstəricidən çox olarsa, onların tarifləri və kvotaları bərpa edilə bilər.