Kəşmirdə etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 90 nəfər yaralanıb

15:03 - 13 May 2024 - DÜNYA

Pakistanın Kəşmir bölgəsində insanların qiymətlərin artmasına etiraz olaraq həftə sonu polislə toqquşmalarda ən azı bir nəfər ölüb, 90 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi regionun hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlar əsasən polis əməkdaşları olub.

Kəşmirin İslamabadın nəzarətində olan bölgəsində etirazlar və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar ötən həftə başlayıb və həftə sonu yekunlaşıb. Minlərlə insan elektrik enerjisi tariflərinin artırılması və əsas ərzaq məhsullarının bahalaşması ilə əlaqədar aprel ayında ölkədə 17,3%-ə çatan inflyasiyanın artımının dayandırılmasını tələb edib.

Pakistanın Baş naziri Şahbaz Şərif bazar ertəsi günü inflyasiyanın azaldılması və əhalinin ən yoxsul təbəqələrinə kömək üçün tədbirlər üçün regionun hakimiyyət orqanlarına 24 milyard rupi (86,5 milyon dollar) verilməsini təsdiqləyib.

Xəbər xətti