Taliban Pakistan hərbi heyətinin Əfqanıstana səfərini ləğv edib

12:16 - 13 May 2024 - DÜNYA

Radikal Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökuməti Pakistan hərbi nümayəndə heyətinin mayın 12-nə planlaşdırılan səfərini ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti yazıb. Nəşrin məlumatına görə, bu, Pakistanın Əfqanıstanın Paktika əyalətində terrorçuların sığınacaqlarına yeni hava və raket hücumları ilə bağlı ola bilər.

Nəşrin məlumatına görə, Kabil Pakistan nümayəndə heyətinin Qəndəhar şəhərinə səfərinin ləğvinin səbəblərini hələlik rəsmi açıqlamayıb. 

Xəbər xətti