Gürcüstanın hakim partiyası Qərbin sanksiyalarından qorxmur - Oxanaşvili

11:39 - 13 May 2024 - DÜNYA

Xarici agentlər haqqında qanunun qəbulu ölkənin maraqlarına cavab verir.

Ucnoqta.az xəbər verir ki, Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin rəhbəri Anri Oxanaşvili bildirib ki, xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələrinə qarşı tətbiq oluna biləcək sanksiyalardan qorxmur.

“Biz xalqımızın mənafeyindən çıxış edirik, buna görə də həqiqət bizim tərəfimizdədir və kimsə ölkənin maraqlarına uyğun hərəkət etdiyinə görə kiməsə qarşı sanksiyalar tətbiq etmək istəyirsə, problem yoxdur” -Oxanaşvili jurnalistlərə deyib.

Xəbər xətti