Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada 20 nəfəri saxlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanının məlumatında deyilir. Məlumata görə, saxlanılanlardan biri Rusiya, ikisi ABŞ vətəndaşıdır.
Daxili İşlər Nazirliyi əlavə edib ki, onlar artıq rusiyalının saxlanılması ilə bağlı İsveçrənin Tbilisidəki səfirliyinə, eləcə də amerikalıların saxlanması ilə bağlı ABŞ diplomatik nümayəndəliyinə məlumat veriblər.