Kermadek arxipelaqında güclü zəlzələ olub

08:11 - 13 May 2024 - DÜNYA

Sakit okeanın cənubunda Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər xətti