İsveçrə Federal Şurasının sözçüsü və vitse-kansler Andre Simonazi dağlarda gəzinti zamanı 55 yaşında dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin hökumət portalında dərc olunan məlumatda bildirilir.
Açıqlamaya görə, Simonazzi mayın 10-da huşunu itirib və daha sonra dağlarda gəzinti zamanı dünyasını dəyişib. Onun arvadı və üç övladı var idi.
Hökumət Federal Şuranın və İsveçrənin Federal Kanslerinin siyasətçinin ailəsinə və yaxınlarına başsağlığı verdiyini bildirib.
Simonazzi 2008-ci ilin noyabrında vitse-kansler və İsveçrə Federal Şurasının sədri təyin edilib.