Yerevanda Paşinyanın istefası tələbi ilə etirazlar başlayıb

11:54 - 10 May 2024 - DÜNYA

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi və tətillər başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkə seqmentində məlumat yayılıb.

“Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Baqratın rəhbərlik etdiyi minlərlə nəfərlik yürüş universitetlərə yaxınlaşaraq tələbələri mübarizəyə qoşulmağa çağırır. Yerevan Dövlət Universitetinin tələbə şurasının rəhbəri Xaçik Abajyanın sözlərinə görə, ölkənin əsas universitetində tədris prosesi dayandırılıb, tələbələr tətilə çıxıb və müxalifətin yürüşünə qoşulublar.

“Vətən naminə Tavuş” hərəkatı ilə əlaqəli Telegram kanalları etirazçıların paytaxtın küçələrini bağladığını əks etdirən videolar yayımlayır.

Xəbər xətti