İran MSC Aries gəmisindən beş hindistanlını azad edib

08:17 - 10 May 2024 - DÜNYA

Hörmüz boğazında İran hərbçiləri tərəfindən saxlanılan "MSC Aries"dən 5 Hindistan vətəndaşı azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Tehrandakı səfirliyi məlumat yayıb.

Hindistan diplomatik missiyasından verilən məlumata görə, beş hindistanlı MSC Aries dənizçisi bu axşam azad edilib və İranı tərk edib.

"Biz İran hakimiyyətinə Hindistanın Bəndər Abbasdakı səfirliyi və konsulluğu ilə sıx koordinasiyaya görə təşəkkür edirik", -  açıqlamada deyilir.

MSC Aries konteyner gəmisi aprelin 13-də Hörmüz boğazında İran hərbçiləri tərəfindən saxlanılıb.

Xəbər xətti