Qubada çörək sexində yanğın baş verib

23:28 - 8 May 2024 - HADİSƏ

Quba rayonunun Timiryazev kəndində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə çörək sexində qeydə alınıb. Sexin transformatorunda baş verən nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.///apa

Xəbər xətti