Birləşmiş Ştatlar müəyyən növ sursatın bir göndərişinin İsrailə təhvil verilməsini dayandırıb, lakin digər hərbi təchizatları da nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
"Biz qısamüddətli yardımın bir hissəsinin köçürülməsini dayandırdıq və digər təchizatları nəzərdən keçiririk" - Miller deyib.