Birləşmiş Ştatlar bütün qoşunlarını Nigerdən çıxarmalı olacaq.
Ucnoqta.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bunu təsdiqləyib.
Pentaqon rəhbəri həmçinin bildirib ki, ABŞ dənizə çıxışı olan bəzi Qərbi Afrika dövlətlərində hərbi mövcudluq yaratmaq imkanını nəzərdən keçirir.
"Bu, mühüm regiondur və biz hazırda Dövlət Departamenti ilə birlikdə sizin qeyd etdiyiniz yerləri izləmək və potensial olaraq orada [hərbi] mövcudluq imkanları yaratmaq və bu ölkələrin bir neçəsi ilə daha əhəmiyyətli tərəfdaşlıq qurmaq üçün işləyirik" - o, qanunvericilərdən birinin müvafiq sualını cavablandırarkən deyib.