"AstraZeneca" COVID-19 peyvəndini bütün dünyada SATIŞDAN ÇIXARIR

14:12 - 8 May 2024 - Xəbər

AstraZeneca əczaçılıq şirkəti COVID-19 peyvəndini bütün dünyada satışdan çıxarır.

Ucnoqta.az xəbər verir ki, bu barədə mayın 8-də Telegraph qəzeti məlumat yayıb.

Məlumata görə, qərar peyvəndin yaratdığı nadir yan təsirin qurbanları ilə hüquqi mübarizə fonunda qəbul edilib. Bununla yanaşı, şirkət peyvəndin geri çağırılmasını onun artıq tələbat olmaması ilə bağlı kommersiya mülahizələri ilə stimullaşdırır.

Beləliklə, mayın 7-dən etibarən Vaxzevria vektor peyvəndi Avropa İttifaqında istifadə edilə bilməz. Nəşr yazır ki, vaksin yaxın bir neçə ay ərzində Böyük Britaniyada geri çağırılacaq.

İngiltərə və Uelsdəki Ali Məhkəməyə 51 iş qaldırılıb, 100 milyon funt-sterlinqə qədər təzminat tələb ediblər. İlk müraciət 2023-cü ildə Ceym Scott tərəfindən edilib. 2021-ci ilin aprelində peyvəndi aldıqdan sonra kişidə qan laxtası əmələ gəlib və beyin qanaması keçirdi ki, bu da toxumaların geri dönməz zədələnməsinə səbəb oldu.

Xəbər xətti