Əfqanıstanın Bədəxşan vilayətinin Feyzabad şəhərində baş vermiş partlayış nəticəsində “Taliban” radikal hərəkatının azı 7 üzvü həlak olub, 14-ü yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbəyə istinadən Aamaj News agentliyi məlumat yayıb.
Məlumata görə, partlayıcı ilə yüklənmiş motosikletdə olan naməlum şəxs Talibanın hərbi maşınına hücum edib.
Partlayışla bağlı rəsmi açıqlama verilməyib.