Putin MDB ölkələri liderlərini təbrik edib

13:07 - 8 May 2024 - DÜNYA

Putin MDB ölkələri, Abxaziya və Cənubi Osetiya liderlərini Qələbə Günü münasibətilə təbrik edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Putin MDB ölkələri, Abxaziya və Cənubi Osetiya liderlərini, həmçinin Gürcüstan və Moldova xalqını Qələbə Günü münasibətilə təbrik edib.

Rusiya Federasiyasının prezidenti ümumi tarixi təhrif etmək cəhdlərinin dayandırılmasının vacibliyini vurğulayıb. Putin qeyd edib ki, Vətən Müharibəsi illərində yaranan qardaşlıq dostluq telləri ölkələr arasında münasibətlərin inkişafı üçün etibarlı əsas olaraq qalacaq.

Xəbər xətti