Ekvador polisi bir ton yarımdan çox kokain müsadirə edib

11:58 - 8 May 2024 - DÜNYA

Ekvador polisi ölkənin qərbində həyata keçirdiyi əməliyyatlar nəticəsində bir ton yarıma yaxın narkotik maddə müsadirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə polisinin X-də yaydığı məlumatda deyilir

Bildirilir ki, xaricdə göndərilməsi nəzərdə tutulan yarım ton kokain Guayaquildəki anbardan götürülüb. Bir gün əvvəl keçirilən başqa bir əməliyyat zamanı narkotik ticarəti şəbəkəsinin təşkilatçılarının Bolqarıstana göndərməyi planlaşdırdıqları Quayas əyalətində bir ton kokain müsadirə edilib.

Xəbər xətti