Avropa İttifaqı aktyor Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə EUobserver portalı Aİ nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, əgər onun hərəkətlərinin Ukraynaya zərər verə biləcəyinə inanmaq üçün “məcburi hüquqi əsaslar” olarsa, Siqal qara siyahıya düşə bilər.
Portal onu da qeyd edir ki, Avropa İttifaqı gələcəkdə müğənni Yaroslav Dronovu (Şaman) qara siyahıya sala bilər.