İsrail qırıcıları Livanda Hizbullah hədəflərini vurub

09:15 - 8 May 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livandakı bir neçə Hizbullah hərbi obyektinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar gecə saatlarında Kfarkele, Aita əş-Şab, Xiam və Marun ər-Ras bölgələrində Hizbullahın hərbi obyektlərinə, həmçinin Livanın cənubundakı Hula və Aytarun bölgələrində terror infrastrukturuna zərbələr endirib.

Bundan əlavə, potensial təhlükəni aradan qaldırmaq üçün Tayr Harf və Cibbane bölgələrində də zərbələr endirilib.

Xəbər xətti