Hindistanın büdcə hava yolu şirkəti Air India Express kadr çatışmazlığı səbəbindən son bir neçə saat ərzində 70-dən çox reysi ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Uçuş cədvəlinin pozulması ilə bağlı məlumatı daşıyıcının mətbuat xidməti təsdiqləyib.
Bildirilir ki, stüardessaların dünən gecədən başlayaraq son anda xəstələnməsi uçuşların ləngiməsinə və ləğvinə səbəb olub.
Müştərilərə pulun tam geri qaytarılması və ya başqa bir tarixə pulsuz transfer təklif olunacaq.