Husilər Ədən körfəzinə doğru üç PUA və bir raket buraxıb

08:11 - 8 May 2024 - DÜNYA

Yəmənin "Ənsar Allah" hərəkatı Ədən körfəzinə doğru üç pilotsuz təyyarə və bir gəmi əleyhinə ballistik raket atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə axşamı özünün X səhifəsində məlumat yayıb.

Məlumata grə, PUA-lardan biri ələ keçirilib, biri vurulub, üçüncüsü isə Ədən körfəzinə düşüb.

CENTCOM-un verdiyi məlumata görə, mayın 7-də təxminən saat 05:02-də husilər Ədən körfəzinə doğru gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki koalisiyaya məxsus döyüş gəmilərinə və ya ticarət gəmilərinə ziyan dəyməyib.

Xəbər xətti