Çin prezidenti Si Cinpin səkkiz ildən sonra Balkan ölkəsinə ilk səfəri üçün çərşənbə axşamı Serbiyaya gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Çin lideri mayın 7-8-də Serbiyada dövlət səfərində olacaq.
Si Cinpin və Serbiya Prezidenti Aleksandr Vuçiçin beynəlxalq və regional vəziyyəti, Çin-Serbiya münasibətlərinin səviyyəsinin yaxşılaşdırılmasını müzakirə edəcəkləri, həmçinin ikitərəfli əlaqələrin inkişafı kursunu müəyyənləşdirəcəkləri gözlənilir.