Si Cinpin səkkiz ildən sonra ilk dəfə Serbiyaya gəlib

00:01 - 8 May 2024 - DÜNYA

 Çin prezidenti Si Cinpin səkkiz ildən sonra Balkan ölkəsinə ilk səfəri üçün çərşənbə axşamı Serbiyaya gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Çin lideri mayın 7-8-də Serbiyada dövlət səfərində olacaq.

Si Cinpin və Serbiya Prezidenti Aleksandr Vuçiçin beynəlxalq və regional vəziyyəti, Çin-Serbiya münasibətlərinin səviyyəsinin yaxşılaşdırılmasını müzakirə edəcəkləri, həmçinin ikitərəfli əlaqələrin inkişafı kursunu müəyyənləşdirəcəkləri gözlənilir. 

Xəbər xətti