Qırğızıstan və Tacikistan sərhədində Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2024-cü il mayın 7-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində odlu silahdan istifadə ilə bağlı insident baş verib. Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında (Qırğızıstan)
Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları müşahidə edib”, - məlumatda deyilir.