Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib, lakin bu səfər məhz Rusiya liderinin Çinə səfərindən sonra baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bbrifinqdə Rusiya liderinin köməkçisi qeyd edib ki, Putinin Çinə səfərinin dəqiq tarixləri yaxın vaxtlarda açıqlanacaq.
O, həmçinin qeyd edib ki, bu, Rusiya dövlət başçısının vəzifəyə başladıqdan sonra ilk beynəlxalq səfəri olacaq.
“Biz çinlilərə bunu vəd etdik və çinlilər bu təkliflə çıxış etdilər.
Bu, deyə bilərik ki, Çin sədri Si Cinpinin Rusiyaya keçən il, həm də müvafiq seçkilərdən sonra baş tutan ilk rəsmi səfərinə cavabdır”, - deyə Uşakov bildirib.