Vladimir Putin rəsmi olaraq Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb.
Ucnoqta.az xəbər verir ki, Vladimir Putin and içib və Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkin vəzifəyə başladığını elan edib.
Mərasimdə baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Çeçenistan rəhbəri Ramzan Kadırov və digər Rusiya rəsmiləri iştirak ediblər.