Fövqəladə vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının operatoru stansiyadan təmizlənmiş suyun axıdılmasının növbəti, artıq beşinci mərhələsini başa vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tokyo Electric Power” operatoru məlumat yayıb.
Qeyd olunur ki, bu mərhələdə əvvəlki kimi, sutkada 500 tondan çox olmayan partiyalarla 7,8 min tona yaxın boşaldılıb. Bu günə qədər stansiyadan ümumilikdə 38 min ton təmizlənmiş su axıdılıb. Cari təqvim ilində sonuncu olmalı olan növbəti mərhələnin oktyabr ayına qədər başa çatdırılması planlaşdırılır.
Qazıntı işləri zamanı kabelin zədələnməsi nəticəsində stansiyada elektrik enerjisinin kəsilməsi səbəbindən suyun buraxılmasının beşinci mərhələsi bir dəfə dayandırılıb.