Aİ-nin 14-cü sanksiya paketinə hazırlıq altı istiqamətdə davam edir
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, bu paket hələ də Aİ Şurasında təsdiq rejimindədir və əhəmiyyətli dəyişikliklərə məruz qala bilər.
Agentliyin məlumatına görə, Avropa İttifaqı 14-cü sanksiyalar paketində öz ölkələrinə SWIFT-i əvəz edən Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemindən (SPFS) istifadə etməyi qadağan etmək niyyətindədir. Agentlik qeyd edib ki, 2024-cü ilin yanvarına olan məlumata görə, bu sistem artıq Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan da daxil olmaqla 20 ölkədə fəaliyyət göstərir və bu, Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiyaya bank əməliyyatlarını fasiləsiz həyata keçirməyə imkan verir.
Avropa İttifaqı dörd rus mediasının Aİ-də yayımını, habelə Avropa partiyalarına və ictimai təşkilatlarına 6 iyunda keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində Rusiya ilə bağlı “hər cür maliyyə almağı” qadağan etmək niyyətindədir.
Aİ həmçinin “Rusiyadan helium, manqan filizi və nadir torpaq elementlərinin idxalına” qadağa tətbiq etməyi düşünür.
“Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan onlarla şirkətin, eləcə də fiziki şəxslərin “qara siyahıya” salınması gözlənilir.
Agentlik qeyd edib ki, Avropa İttifaqı Rusiyanın sanksiyalar blokadasını yarmaq səylərində iştirak edən 11 Rusiya gəmisinin öz limanlarına çıxışını qadağan etmək niyyətindədir.
Agentlik həmçinin qeyd edir ki, Aİ Rusiya LNG-nin Aİ limanları vasitəsilə təkrar ixracına və üçüncü ölkələrə tədarük üçün istənilən LNG-nin daşınması əməliyyatlarına qadağa qoyulması imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Rusiya LNG-nin Aİ ölkələrinə onların ərazisində istifadə üçün idxalını məhdudlaşdırmaq planı yoxdur.