Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

13:11 - 6 May 2024 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.04.2024 - 05.05.2024) açıqlanıb.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 26 piyada əleyhinə mina, 53 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 046.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti