Ermənistan parlamenti Alen Simonyanın bəyanatları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.
“(Məktubun) göndərildiyi şəxsdən soruşun, həmkarımdan soruşun. Səhv etmirəmsə, həmkarım çoxdan cavab göndərib”, - spiker deyib.
Eyni zamanda o əlavə edib ki, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan məktubu aldıqdan bir-iki gün sonra cavab göndərib.
Simonyan cavabın məzmunu ilə tanış olduğunu da bildirib, lakin onu səsləndirməkdən imtina edib.
“Bu, mənim işim deyil. Sözlərimə, dediyim hər şeyə cavabdehəm, düz və yerində dedim, yeni heç nə deməmişəm və eyni şeyi bu gün və həmişə təkrarlamağa hazıram”, - deyə spiker bildirib.