Avropa İttifaqı 2025-ci ildə mərmilərin illik istehsalını 2 milyona çatdırmaq və onu artırmaqda davam etmək niyyətindədir
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın daxili bazar üzrə komissarı Terri Breton Aİ-Ukrayna hərbi sənaye forumunun iştirakçılarına videomüraciətində bildirib.
"Mən Avropa iqtisadiyyatının müharibə rejiminə keçməsini təmin etmək üçün çalışıram ki, biz bu gün və gələcəkdə daha çox istehsal edə və Ukraynanı silahla təmin edə bilək. Aİ son 10 ayda mərmi istehsalı üçün 15 Aİ ölkəsində 31 sənaye layihəsinə Aİ büdcəsindən 500 milyon avro sərmayə qoyub, ildə 1 milyon mərmi səviyyəsinə çatıb və istehsalı 2 milyon mərmiyə çatdırmaq niyyətindədir. gələn il və onu artırmağa davam edəcəyik"