Mayın 4-də ️Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın fəaliyyətinin 1 ilinin tamam olması münasibətilə tədbir təşkil olunub.
Ucnoqta.az xəbər verir ki, tədbirdə dövlət və ictimai xadimlər, mediatorlar iştirak edib. Yevlax 1 saylı mediasiya təşkilatının rəhbəri Nigar Hüseynzadənin açılış nitqi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, 04.05.2023-04.05.2024-cü il ərzində Yevlax 1 saylı mediasiya təşkilatına 736 müraciət daxil olmuşdur ki, bunlardan 190-ı barışıq sazişi ilə yekunlaşıb.