Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen mayın 6-da Fransa prezidenti Emmanuel Makron və mayın 6-7-də dövlət səfəri ilə ölkədə olacaq Çin prezidenti Si Cinpin ilə görüşmək üçün Parisə gedəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin bildirmişdi ki, Si Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfər edəcək.