Nigeriyada 700-dən çox terrorçu məhv edilib

12:53 - 3 May 2024 - DÜNYA

 Nigeriya hökumət qüvvələri aprel ayında 715 terrorçunu məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Müdafiə Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəisi, general-mayor Edvard Buba bildirib.

O, bildirib ki, eyni zamanda silahlılar tərəfindən əsir götürülən 465 nəfər azad edilib. 

Aprel ayında Nigeriyanın müxtəlif bölgələrində antiterror əməliyyatları aparılıb. Nigeriyada bir neçə terror qruplaşması fəaliyyət göstərir ki, onlardan ən böyüyü Boko Haram və Qərbi Afrikadakı İslam Dövlətidir.

Xəbər xətti