Günəşdə güclü partlayış olub

10:36 - 3 May 2024 - ÖLKƏ İÇİ

Günəşdə fevral ayından bəri qeydə alınan ən güclü X sinif partlayışlarından biri baş verib.

Ucnoqta.az xəbər verir ki, IPG hesabatında mayın 3-də 3663 (N25E06) nömrəli günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən X1.7 partlayış aşkarlanıb.

Bundan əlavə, mayın 3-də 11 dəqiqə davam edən M2.7 alovu qeydə alınıb.

Xatırladaq ki, 35 dəqiqə davam edən sonuncu ən güclü partlayış X6.4/3B fevralın 23-də baş verib.

Xəbər xətti