Səhər saatlarında Pakistanın şimalında Gilgit-Baltistan ərazisində şəhərlərarası avtobusun dağ dərəsinə aşması nəticəsində azı 20 nəfər ölüb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, daha 7 nəfər yaralanıb.
Məlumata görə, 38 sərnişini olan avtobus Ravalpindidən Gilgitə hərəkət edirmiş.
Polisin ilkin versiyasına görə, avtobus sürücüsü idarəetməni itirib və nəticədə avtomobil dərin dərəyə düşüb.