NATO Rusiya ilə müharibə istəyir - Karlson

07:56 - 3 May 2024 - DÜNYA

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya ilə müharibəyə getmək istəyir ki, bu da ABŞ-ın və ola bilsin ki, Macarıstanın məhvinə səbəb ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu fikri jurnalist Taker Karlson deyib. Tanınmış jurnalist, saytında Macarıstanın baş nazirinin siyasi müşaviri Balazs Orbanın müsahibəsini dərc edib.

Macarıstanlı siyasətçinin fikrincə, onun ölkəsi NATO ilə Rusiya arasında qaynar müharibəyə sürüklənə bilər.

"Bu, mümkün olan ən pis şeydir, heç kim bunu istəmir, amma heç kim bunu dayandıracaq qədər güclü deyil" - Orban deyib.

Eyni zamanda jurnalist cavabında bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken “açıqcası bunu istəyir”.

"NATO-nun rəsmi mövqeyi ondan ibarətdir ki, onlar birbaşa qarşıdurma istəmirlər", - Orban bununla bağlı qeyd edib.

"Ancaq etdikləri hər şey əksini göstərir. Onlar Rusiya ilə ABŞ-ı və ola bilsin ki, Macarıstanı da məhv edəcək qaynar müharibə istəyirlər", - Karlson deyib.

Xəbər xətti