Türkiyənin Ticarət Nazirliyi İsraillə ticarətin dayandırıldığını təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi bu barədə açıqlama yayıb.
“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - deyə Türkiyə Ticarət Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edək ki, daha əvvəl KİV Türkiyənin İsrail ilə bütün ixrac-idxal əməliyyatlarını dayandırdığı barədə məlumat yaymışdı.