Monitorinq məlumatlarına görə, hazırda Yerin maqnit sahəsindəki pozğunluq G2 səviyyəsinə çatıb
Ucnoqta.az xəbər verir ki, Tətbiqi Geofizika İnstitutunun (IPG) kosmik hava monitorinqi mərkəzindən TASS-a verilən məlumata görə, maqnit qasırğası Yerə proqnozlaşdırılan mayın 3-dən tez təsir edib.
Monitorinq məlumatlarına əsasən, Yerin maqnit sahəsində pozğunluq indi G2 səviyyəsinə çatıb, beş göstəricili monitorinq şkalası üzrə “orta” deməkdir, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.