Təl-Əvivdə polis İsrailin baş naziri Binyamin Netanyahunun kortejinə hücum etməkdə şübhəli bilinən bir şəxsi saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs nəqliyyatın hərəkətinə mane olub. Hadisə Təl-Əvivin mərkəzindəki Dizengoff küçəsində baş verib.
Şübhəli 58 yaşlı kişi dindirilməyə göndərilib. Onun şəxsiyyəti ilə bağlı təfərrüatlar verilmir.