Avropa İttifaqı islahatlar və miqrasiya ilə mübarizə səyləri müqabilində 2027-ci ilə qədər Livana 1 milyard avro yardım ayırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanda keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
"Dəstəyimizi vurğulamaq üçün mən Livana bu ildən 2027-ci ilə qədər köçürüləcək 1 milyard avroluq yardımı elan edirəm" - Lyayen deyib.
O,qeyd edib ki, bu proqram təhsil, bank sektoru, silahlı qüvvələr və təhlükəsizlik qüvvələri sahəsində islahatlar, ən əsası isə miqrasiya ilə mübarizə üçün nəzərdə tutulub.
"Biz ölkənin silahlı qüvvələrini və daxili təhlükəsizlik qüvvələrini dəstəkləyəcəyik".
O, həmçinin Livanın suriyalı qaçqınların qəbulunda rolunu alqışlayıb və qaçqınların evlərinə gətirilməsi üçün proqramların həyata keçirilməsini müdafiə edib.