ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefonla danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilir ki, müdafiə naziri Lloyd Austin İsrailin müdafiə naziri Yoav Gallant ilə davam edən girov danışıqları, humanitar yardım səylərini müzakirə edib. Ostin bütün girovların qeyd-şərtsiz geri qaytarılmasına sadiqliyini təsdiqləyib və mülki əhalinin və yardım işçilərinin təhlükəsizliyini təmin etməklə bərabər Qəzzaya humanitar yardım axınının artırılmasının vacibliyini çatdırıb.